Bəxtiyar Sadıqov və Ramiz Mehdiyev cütlüyü haqda ŞOK FAKTLAR: Baş redaktorun niyə hələ də susmasının SƏBƏBİ BİLİNDİbackend

Bəxtiyar Sadıqov və Ramiz Mehdiyev cütlüyü haqda ŞOK FAKTLAR: Baş redaktorun niyə hələ də susmasının SƏBƏBİ BİLİNDİ

Son günlər ölkə gündəminin ən əsas mövzusu Ramiz Mehdiyev və onun ətrafında baş verən hadisələrdir. İndi bu haqda yeni və bilinməyən informasiyalar həm ənənəvi, həm də sosial mediada durmadan tirajlanır. Mehdiyevlə bərabər illərlə onun əhatəsində gəzən, “Boz kardinal” sayəsində vəzifə tutan müxtəlif məmurların da adı hallanır. Onlardan biri də “Azərbaycan” qəzetinin Baş redaktoru Bəxtiyar Sadıqovdur. O Sadıqov ki, vaxtilə Mehdiyevin sağlığına “tost”lar deyərək, onu mədh edib. Elə indi də Mehdiyevin qarasına heç nə danışmağa çalışmır, əksinə susmağa üstünlük verir. Ancaq jurnalist Tural Müseyibov Bəxtiyar Sadıqovla bağlı maraqlı məlumatlar paylaşıb.

KONKRET.az jurnalistin video paylaşımından çıxarışı təqdim edir:

“Bəxtiyar Sadıqov ortada görünmür. Söhbət “Azərbaycan” qəzetinin baş redaktoru, sabiq deputatdan gedir. Son günlər baş verən hadisələrə onun münasibəti bizim üçün xüsusilə maraqlı idi. Bu məqsədlə Bəxtiyar müəllimə zəng etdik, lakin nə zənglərimizə cavab verdi, nə də göndərdiyimiz mesaja reaksiya göstərdi.

Bəxtiyar Sadıqovun Ramiz Mehdiyevlə bağlı baş verənlərə münasibəti diqqət çəkirdi. Çünki ictimai rəydə o, Ramiz Mehdiyevin kadrı kimi tanınır. Qeyd olunur ki, Sadıqovun yaxın ətrafında bu gün yüksək vəzifə tutan bir çox şəxslərin karyerasında məhz Ramiz Mehdiyevin birbaşa təsiri olub. Onların vəzifəyə gətirilməsində, hətta vəzifə fəaliyyətlərində yol verdikləri nöqsanlara görə qorunmasında da Mehdiyevin “görünməz əli”nin rol oynadığı bildirilir”.

Tural Müseyibov bildirib ki, Bəxtiyar Sadıqovun fəaliyyətində də Ramiz Mehdiyevin xüsusi rolu danılmazdır:

“Onun Mehdiyevin kitablarının, çıxışlarının bölgələrdə təbliğində fəallıq göstərməsi uzun illər yadda qalıb. Məhz buna görə də istərdik ki, Bəxtiyar müəllim bu məsələlərə aydınlıq gətirsin. Təəssüf ki, o, bu dəfə də sükutu seçdi. Xatırladaq ki, ötən il Bəxtiyar Sadıqov parlamentdə “Azərbaycan” qəzetinin maliyyə çatışmazlığından əziyyət çəkdiyini, hətta maddi vəsait ayrılmasa qəzetin bağlanacağını bildirmişdi. Halbuki, “Azərbaycan” qəzeti dövlət büdcəsindən maliyyələşən, bütün xərcləri – həm çap, həm də əməkhaqqı ödənişləri dövlət tərəfindən qarşılanan bir media orqanıdır. Belə olan halda, maraqlı sual yaranır: Bəxtiyar Sadıqovun o vaxt səsləndirdiyi “pul davası” kimə və nəyə xidmət edirdi? Həmin çıxışlar düşmən mediasının da əlinə bəhanə vermiş, Azərbaycanın ünvanına yönəlmiş təbliğat üçün “əlverişli material”a çevrilmişdi. Bu gün Ramiz Mehdiyevlə bağlı dövlət çevrilişi cəhdinə dair istintaq prosesləri gedir. Bəs görəsən, Bəxtiyar Sadıqov bu hadisələr barədə nə düşünür? Niyə mövqeyini açıqlamaq istəmir? Bəxtiyar müəllim, bəlkə artıq “Bəxtiyar” deyilsiniz?, – Müseyibov vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bu gönderiyi Instagram’da gör

 

Ajans.az (@ajans.az)’in paylaştığı bir gönderi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*