Biləsuvar sakini bıçaqlandıbackend

Biləsuvar sakini bıçaqlandı 

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi olub. 

KONKRET.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, hadisə rayon mərkəzində Avtovağzal ərazisində baş verib.

Rayonun Ovçubərə kənd sakini, 1980-cı il təvəllüdlü Mikayılov Rüfət Xudaşükür oğlu həmkəndlisi 32 yaşlı İmanov Novruz Müstəcəb oğlu tərəfindən bıçaqlanıb.

İki bıçaq yarası alan R. Mikayılov rayon xəstəxanasına çatdırılıb, həkimkər vəziyyətini qənətbəxş qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*