Biləsuvarda qətl hadisəsi baş verib.
KONKRET.az-ın APA-ya istinadən verdiyi məlumata görə, şəhər ərazisində 1982-ci il təvəllüdlü Elxan Vəliyev bıçaqlanaraq qətlə yetirilib.
Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
