Biləsuvarda ağır yol nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda qeydə alınıb.
1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi “Mersedes” markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü xəsarət alıb və İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Avtomobildə olan 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
