Toy karvanı qəzaya düşdü – 6 nəfər öldü + YENİLƏNİBbackend

Toy karvanı qəzaya düşdü - 6 nəfər öldü + YENİLƏNİB

Ağır vəziyyətdə Biləsuvar Mərkəzi Xəstəxanasına çatdırılan 1991-ci il təvəllüdlü Hüseynova Xoşbəxt Akif qızı dünyasını dəyişib. 

KONKRET.az xəbər verir ki, bununla da ölənlərin sayı 6 nəfər olub.

Qeyd edək ki, minik avtomobilinin sürücüsü 1994-cü il təvəllüdlü Hüseynov Pərviz Allahşükür oğlu və üç sərnişin – 1990-ci il təvəllüdlü Hüseynova Aidə Yasər qızı, 1958-ci il təvəllüdlü Hüseynova Mehriban Hüseyn qızı və 1995-ci il təvəllüdlü İsayev Vasif Əkbər oğlu hadisə yerində ölüb.

****

Biləsuvar rayonunda ağır yol qəzasında yaralananlardan daha biri ölüb.

KONKRET.az xəbər verir ki, Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb.

Ölənlərdən biri avtomobilin sürücüsü Pərviz Hüseynovdur.

***

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində üç nəfərin öldüyü, bir nəfərin ağır xəsarət aldığı bildirilir.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*