Ağır vəziyyətdə Biləsuvar Mərkəzi Xəstəxanasına çatdırılan 1991-ci il təvəllüdlü Hüseynova Xoşbəxt Akif qızı dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bununla da ölənlərin sayı 6 nəfər olub.
Qeyd edək ki, minik avtomobilinin sürücüsü 1994-cü il təvəllüdlü Hüseynov Pərviz Allahşükür oğlu və üç sərnişin – 1990-ci il təvəllüdlü Hüseynova Aidə Yasər qızı, 1958-ci il təvəllüdlü Hüseynova Mehriban Hüseyn qızı və 1995-ci il təvəllüdlü İsayev Vasif Əkbər oğlu hadisə yerində ölüb.
****
Biləsuvar rayonunda ağır yol qəzasında yaralananlardan daha biri ölüb.
KONKRET.az xəbər verir ki, Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb.
Ölənlərdən biri avtomobilin sürücüsü Pərviz Hüseynovdur.
***
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində üç nəfərin öldüyü, bir nəfərin ağır xəsarət aldığı bildirilir.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.(report)