“Bilməliyik ki, bu Qoca nə edib?” – “Ramiz Mehdiyev milyonluq villasında oturub”backend

“Bilməliyik ki, bu Qoca nə edib?” - “Ramiz Mehdiyev milyonluq villasında oturub”

“İcra başçıları, nazirliklərin işçiləri tutulandan 1-2 gün sonra əməliyyat çəkilişləri və açıqlamalar yayımlanırdı. Amma indi Ramiz Mehdiyevlə bağlı rəsmi açıqlama yoxdur. Bilməliyik ki, bu, Qoca nə edib?”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a “Demokratiya və İnsan Hüquqları Komitəsi” İctimai Birliyinin (İB) sədri, keçmiş deputat Çingiz Qənizadə deyib.

“Mən hərəkatdan gəlmiş adamam. Dövlətimə və xalqıma hər zaman xidmət etmişəm. Lakin bu məsələdə dəqiq bir söz deyə bilmirəm. Nəyə görə hələ də rəsmi qurumlar məsələ ilə bağlı açıqlama vermirlər? Məlumat verilsə hər kəs bilər ki, bu adam nə edib, hansı əməlləri törədib, günahı nədir. Məhkəmənin sistemindən maddələrin adının götürülməsi insanlar arasında fikir ayrılıqları yaradır. Onsuz da məsələ ilə bağlı fikirlərimi söyləyəcəm. İndi danışdıqlarımın hər biri isə sərf fərziyyələr əsasında olacaq. Ortada rəsmi heç nə yoxdur”.

Keçmiş deputat bildirib ki, çevrilişə cəhd etmək bağışlanılmaz addımdır:

“Hər hansı bir şəxs dövlətə və Prezidentə qarşı çıxırsa, bunun nəticələrinə də qatlanmalıdır. Müxalifyönümlü fikir bildirmək normal haldır. Lakin çevrilişə cəhd etmək bağışlanılmaz səhvdir. Biz bütün bunlara qarşıyıq və sözümüzü deyəcəyik. Bu gün sosial şəbəkələrdə kimin kimdən xoşum gəlmirsə, onu da baltalayır. Ramiz Mehdiyevə kim salam veribsə, o, bu işdə günahkar deyil. Onun qapısında sıraya düzülənlər, əlini öpənlər var idi. Bir az gözləyək, görək rəsmi açıqlamalar necə olacaq”.

Hüquq müdafiəçisinin sözlərinə görə, Ramiz Mehdiyev milyonlarla dəyəri olan villasında oturub:

“Dünən YAP-ın tədbirində idik. Asiya ölkələrinin siyasi partiyalarının beynəlxalq konfransında iştirak edirdik. Orada Ramiz Mehdiyevin YAP-dan çıxarılması ilə bağlı hər hansı müzakirələr olmadı. Düşünürəm ki, bu gün və ya sabah təhlükəsizlik şurası, həm də YAP-la bağlı qərarların şahidi olacağıq. Əgər həbs olunarsa, onda öz mövqeyimizi bildirərik. Hələlik milyonlarla dəyəri olan villasında oturub, sağında-solunda da qulluqçular ona xidmət edir.

Rəsmi açıqlamalardan sora düşünürəm ki, vəziyyət dəyişəcək. Əgər ittihamlar doğrudursa, bu işi təkbaşına görməsi mümkün deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*