Azərbaycan həbsxanalarında saxlanılan dörd iranlı məhbus ölkələrinə ekstradisiya edilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Bildirilir ki, dörd İran vətəndaşı Gilan əyalətinin Baş Həbsxanalar İdarəsinə təhvil verilib.
Məlumata görə, ekstradisiya “Məhbusların təhvil verilməsi haqqında” saziş çərçivəsində baş tutub.
Məhbuslar sazişin icrasında qeydə alınan üç illik fasilədən sonra ekstradisiya olunublar.
