Bina tikmək üçün ağac kəsənlər haqda cinayət işi başlanıldıbackend

Bina tikmək üçün ağac kəsənlər haqda cinayət işi başlanıldı

Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 2 ünvanında hündürmərtəbəli yaşayış binalarının inşası zamanı orada olan ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Qurumun Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, “Olympus” MMC və “N-Turan” MMC–nin vəzifəli şəxsləri yaşayış binalarının tikintisi üçün əlverişli şərait yaratmaq məqsədilə qeyd edilən ünvanda yerləşən torpaq sahəsindəki meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsinə göstəriş veriblər.

Nəticədə dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 27 min manat məbləğində ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*