Binyamin Netanyahu ZƏHƏRLƏNDİbackend

Binyamin Netanyahu ZƏHƏRLƏNDİ

İsrailin Baş naziri Binyamin Netanyahunun səhər saatlarında hökumət iclasında iştirak etməməsinin səbəbi qida zəhərlənməsi olub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Baş nazirin kanselyariyası yayıb. Bildirilib ki, siyasətçinin səhhəti ötən gecə pisləşib, lakin əlavə tibbi müayinələrdən sonra vəziyyəti qənaətbəxş hesab edilib.

Həkimlərin tövsiyəsinə əsasən, Netanyahu qarşıdakı üç günü ev şəraitində istirahətlə keçirəcək və fəaliyyətini oradan davam etdirəcək.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*