Almaniyada yerləşən biotexnologiya şirkəti BioNTech xərçəngin müalicəsi səylərində əhəmiyyətli bir mərhələyə çatıb.
KONKRET.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Çin partnyoru DualityBio ilə əməkdaşlıqda hazırlanmış immunoterapiya dərmanı BNT323 Çində aparılan klinik sınaqda öz hədəflərinə nail olub.
BioNTech həmtəsisçisi Prof. Dr. Özlem Türeci inkişafı şərh edərək, bu nailiyyəti şirkətin xərçənglə mübarizə vizyonunda kritik bir mərhələ kimi qiymətləndirib. Türeci, “Bu namizədlə ilk onkologiya proqramımız, qabaqcıl klinik inkişafda lisenziyalaşdırmaya doğru Faza 3 prosesində kritik bir nöqtəyə çatıb”, – deyib.
Şirkətin açıqlamasına görə, dərman namizədi Trastuzumab Pamirtecan, inkişaf etmiş, müalicəsi çətin olan döş xərçəngi olan xəstələrin aralıq analizində hazırda təsdiq edilmiş müalicə ilə müqayisədə statistik əhəmiyyətli sağ qalma faydası təmin edib.
Dəniz Pənahova
KONKRET.az