Bir ailənin üzvləri qəzaya düşdü – Ölənlər və yaralananlar varbackend

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1986-cı il təvəllüdlü Tacəddin Yusifov idarə etdiyi “Toyota” markalı avtomobillə Səmədabad kəndi ərazisində olarkən idarəetməni itirib və avtomobil kanala aşıb.

Hadisə nəticəsində sürücü və sərnişini, 1966-cı il təvəllüdlü Tovuz Axundova ölüblər, avtomobildə olan 3 sərnişin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan biri azyaşlıdır.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*