Süni intellekt alətlərinin nəzarətsiz istifadəsi bəzi şirkətlər üçün gözlənilməz maliyyə problemləri yaratmağa başlayıb.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, Anthropic şirkətinin Claude neyroşəbəkəsi üçün tokenlərdən istifadə edən ABŞ şirkətlərindən biri cəmi bir ay ərzində səhvən 500 milyon dollar xərcləyib.
Məlumata görə, buna səbəb şirkətin əməkdaşlar üçün istifadə limiti müəyyən etməməsi olub. Nəticədə proqramçılar və süni intellekt agentləri böyük həcmli kontekstlərlə davamlı sorğular göndərərək qısa müddətdə milyonlarla token sərf ediblər.
Bildirilir ki, problem artıq geniş yayılıb. Uber şirkəti də Claude Code xidməti üçün cari il üzrə ayrılmış büdcənin artıq tükəndiyini açıqlayıb.
Bundan əlavə, Google AI Pro istifadəçilərindən biri Gemini sistemində video yaratmaq üçün verdiyi cəmi bir sorğudan sonra beş saatlıq istifadə limitini tam bitirdiyini bildirib.
Hazırda bir sıra şirkətlər əməkdaşlara eyni cavabları təkrar istifadə etməyi, yeni sorğular yaratmamağı tövsiyə edir. Bəzi komandalar isə süni intellekt xidmətləri üçün aylıq istifadə limitləri tətbiq etməyə başlayıb.
