Birinci Qarabağ müharibəsinin veteranı vəfat etdibackend

Birinci Qarabağ müharibəsinin veteranı vəfat etdi

Birinci Qarabağ müharibəsinin veteranı Sərvan Aslanov vəfat edib. 

KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

51 yaşlı keçmiş döyüşçü infarkt keçirib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhum bu gün doğma yurdunda – Laçın rayonunun Qorçu kəndində dəfn olunacaq.

Qeyd edək ki, Aslanov Sərvan Namaz oğlu 1974-cü ildə Laçın rayonunun Qorçu kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan əraz bütövlüyü uğrunda döyüşüb. Məcburi köçkünlük dövründə Bərdə rayonunda məskunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*