Biz təklif almışıq, Azərbaycanla inamsızlıq bu yolla aradan qaldırılacaq – Paşinyan backend

Biz təklif almışıq, Azərbaycanla inamsızlıq bu yolla aradan qaldırılacaq - Paşinyan 

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvana Vaşinqtondan Ermənistan və Azərbaycan əraziləri arasında nəqliyyat dəhlizinin idarə edilməsi təklifi aldığını təsdiqləyib.

KONKRET.az bildirir ki, onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında təmaslar iki ölkə arasında mövcud olan dərin inamsızlığın aradan qaldırılmasına kömək edə bilər.

“Ermənistan və Azərbaycan arasında hamıya məlum səbəblərə görə dərin inamsızlıq var. Ancaq mən inanıram ki, ardıcıl təmaslar nəticəsində bu inamsızlıqlar aradan qaldırılacaq”, – Ermənistanın baş naziri qeyd edib.

O bildirib ki, həm Ermənistan, həm də Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı öz mövqelərini açıq şəkildə bəyan ediblər və mövqelərin yaxınlaşması yolu ilə sənədin imzalanması və ratifikasiyasına nail olmaq üçün birgə məsləhətləşmələr aparılır. Paşinyan həmçinin əmin edib ki, İrəvanla Bakı arasında aparılan danışıqlarda məxfi heç nə yoxdur, hər şey açıq şəkildə ortadadır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*