Blinken: “Ukrayna fundamental qərar verməlidir”backend

Blinken: “Ukrayna fundamental qərar verməlidir”

ABŞ dövlət katibi Antoni Blinken Ukraynanı  fundamental qərar qəbul etməyə çağırıb.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, Blinken Ukraynanı hərbi əməliyyatları davam etdirmək və  Rusiya ilə danışıqlara başlamaq perspektivindən danışıb:

“Ukraynalılar mübarizəni davam etdirmək, danışıqların yollarını tapmaq və atəşkəsə nail olmaq üçün fundamental qərarlar qəbul etməlidirlər. Əsas sual Rusiyanın bunu vicdanla etməyə hazır olub-olmamasıdır”.

Blinken Kiyevin 2025-ci ildə sərfəli razılaşma əldə etməsi üçün əlindən gələni edəcəyinə söz verib. Onun sözlərinə görə, bunun üçün Ukraynanın hərbi mövqelərini gücləndirmək, Kiyevi maliyyə və  sursatla təmin etmək lazımdır.

Vəli Həsənoğlu,

KONRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*