Onun hərəkətləri xırda xuliqanlıq kimi qiymətləndirilib.
KONKRET.az bildirir ki, Rusiyanın Çita şəhərinin mərkəzi rayon məhkəməsi sosial şəbəkələrdə bəyənmələri izləyərək, ictimai nəqliyyat dayanacağının yanında park edilmiş avtomobilinin partlamasını təqlid edən 36 yaşlı yerli sakini inzibati həbs cəzasına məhkum edib. Uğursuz bloqer yaxın beş gün ərzində xüsusi təcridxanada saxlanılacaq. Onun hərəkətləri xırda xuliqanlıq kimi qiymətləndirilib.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Zabaykalye vilayəti şöbəsinin mətbuat xidmətinin məlumatına görə, təqsirləndirilən şəxs hadisənin daha real və effektiv görünməsi üçün tüstü qumbarasından istifadə edib. Lakin məhkəmədəki zarafatcıl bloger bu hadisəni tərətməsini şəhər sakinlərini qorxutmaq üçün deyil, sadəcə onlardan hansının problemlə üzləşən bir sürücüyə kömək edib-etmədiyini yoxlamaq üçün olduğunu izah etdi.