BMT Baş Assambleyasına bu şəxs sədrlik edəcəkbackend

BMT Baş Assambleyasına bu şəxs sədrlik edəcək

Annalena Baerbok BMT Baş Assambleyasının yeni prezidenti olacaq.

KONKRET.az xəbər verir ki, Almaniyanın keçmiş xarici işlər naziri və Yaşıllar Partiyasının nümayəndəsi bu vəzifəyə rəqibsiz gedir və ekspertlər iyunun 2-nə təyin edilmiş qarşıdan gələn seçkiləri sırf formallıq sayırlar.

Bu barədə “Deutsche Welle” məlumat yayıb.

Baş Assambleyanın sədri vəzifəsi təntənəli olsa da, diplomatik vasitələrə çıxış açır və BMT-nin əsas nümayəndəlik orqanının gündəliyinə təsir etmək imkanı verir.

44 yaşlı Baerbok artıq nümayəndələr qarşısında çıxış edərək bunları deyib: “Mənbütün 193 Üzv Dövlətə xidmət edəcəm. Məqsədim birləşdirici olmaqdır.”

Yeni Prezidentin andiçmə mərasimi ümumi müzakirələrin başlamasına bir neçə gün qalmış 2025-ci il sentyabrın 9-na təyin edilib. Səlahiyyət müddəti bir ildir.

Baerbok 2021-2025-ci illərdə Almaniyanın xarici işlər naziri vəzifəsində çalışaraq özünü çoxtərəfli diplomatiya və beynəlxalq hüququn tərəfdarı kimi göstərib. Onun BMT-yə seçilməsi Almaniyanın xarici siyasəti üçün qlobal səhnədə əlamətdar addım kimi qiymətləndirilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*