BMT Baş katibinin ABŞ-də baş verən hadisəylə bağlı bəyanatı yayıldıbackend

BMT Baş katibinin ABŞ-də baş verən hadisəylə bağlı bəyanatı yayıldı

BMT-nin baş katibi Antonio Quterreş Luiziana ştatının Yeni Orlean şəhərində azı 15 nəfərin ölümü ilə nəticələnən terror aktını kəskin pislədiyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə TASS-məlumat yayıb. Bəyanatda deyilir: “Baş katib Yeni Orleanda bir sürücünün Yeni il gecəsi izdihamın üzərinə sürdüyü, ən azı 15 nəfərin ölümü və 30 nəfərin yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyir”. Quterreş, həmçinin həlak olanların ailələrinə və yaxınlarına, o cümlədən Luiziana ştatının rəsmilərinə və sakinlərinə və ABŞ vətəndaşlarına başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*