Boşandığı qadını qısqanan və bıçaqlayan şəxsin məhkəməsi başlanıbbackend

Boşandığı qadını qısqanan və bıçaqlayan şəxsin məhkəməsi başlanıb

Keçmiş həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 23- nə təyin edilib

Hadisə ötən il aprelin 10-da baş verib.

Ələkbərov Vüqar Əliheydər oğlu 25 yaşlı keçmiş həyat yoldaşı Ələsgərova Şəbnəm Elman qızına iki bıçaq xəsarəti yetirib. Qadın boyun və sinə nahiyəsinin deşilmiş yaraları ilə ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına aparılıb.

V.Ələkbərov cinayəti qısqanclıq zəminində törədildiyi deyib.

V. Ələkbərova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*