Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro 26 may tarixində Ermənistana rəsmi səfər edəcək.
KONKRET.az xəbər verir ki, səfər çərçivəsində o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək, ardınca isə birgə mətbuat konfransı keçiriləcək.
Məlumata görə, tərəflər arasında regional vəziyyət və Ermənistan-Fransa münasibətləri müzakirə olunacaq.
Hər iki nazir “Yerevan Dialoqu” adlı beynəlxalq konfrans çərçivəsində təşkil olunacaq panel müzakirələrində də iştirak edəcəklər.
Natiq Səlim,
KONKRET.az