Böyük Britaniya səfiri: Azərbaycanı regionda təbii mərkəz kimi görürükbackend

Böyük Britaniya səfiri: Azərbaycanı regionda təbii mərkəz kimi görürük

Avqustun 21-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı yeni səfiri Dankan Normanın iştirakı ilə mətbuat konfransı keçirilib.

KONKRET.az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə səfir iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlığın perspektivləri barədə danışıb, Azərbaycanla Böyük Britaniya arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

D.Norman bildirib ki, 30 ildən artıq tarixə malik ikitərəfli əməkdaşlıq enerji sahəsindən başlayıb, bu gün isə ticarət, investisiya, təhsil, müdafiə, təhlükəsizlik, innovasiya və digər istiqamətləri əhatə edir.

İqtisadi əlaqələrin genişləndirilməsi, enerji keçidi, bərpaolunan enerji, təhsil və innovasiya sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu deyən diplomat Azərbaycanın regional nəqliyyat və bağlantı layihələrindəki roluna da toxunub.

D.Norman Böyük Britaniyanın daha əhatəli Orta Dəhlizin inkişafını dəstəkləməyə hazır olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh istiqamətində atılan addımlar regionda yeni ticarət, investisiya və bağlantı imkanlarının yaranmasına şərait yarada bilər.

“Azərbaycanı bu regionda nəqliyyat, infrastruktur, maliyyə və məlumatlar sahəsində təbii bir mərkəz kimi görürük”, – deyə D.Norman vurğulayıb.

Daha sonra səfir media nümayəndələrinin suallarını cavablandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*