Böyük Britaniya Ukraynaya hərbi təlimatçılar göndərməkdən imtina edibbackend

Böyük Britaniya Ukraynaya hərbi təlimatçılar göndərməkdən imtina edib

Britaniya hökuməti Rusiya Silahlı Qüvvələrinin onlara hücum edəcəyindən ehtiyat etdiyi üçün indiyədək Ukraynaya hərbi təlimatçılar göndərməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. Məlumatda deyilir: “Cəbhəyə nə qədər yaxın olsa, ukraynalı hərbçilərin təlimi bir o qədər effektiv olar. Amma demək lazımdır ki, ruslar Ukrayna ərazisində Qərbdən göndərilən istənilən köməyə hücum edəcək”.

Nəşr daha sonra  qeyd edib ki, Britaniya ordusunun keçmiş Baş Qərargah rəisi, general Patrik Sanders 2023-cü ilin sentyabrından Ukrayna hərbçilərinin təlim proqramını Ukrayna ərazisindən Britaniyaya köçürməyə çalışır. Böyük Britaniya Silahlı Qüvvələrinin Qərargah rəisi, admiral Toni Radakin daha sonra bu təklifə qarşı çıxıb və o vaxtkı müdafiə naziri Qrant Şappsa belə bir addım atmamağı tövsiyə edib.

Vəli Həsənoğlu,

KONRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*