İstanbulda bələdiyyə sədrləri və bələdiyyələrin yüksək səviyyəli məmurlarına rüşvət verməklə tender prosesləri təşkil edən Əziz İhsan Aktaşın rəhbərlik etdiyi cinayətkar təşkilatın istintaqı çərçivəsində 47 şübhəli barəsində həbs qərarı çıxarılıb.
KONKRET.az xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, həbs qərarı çıxarılanlar arasında İstanbulun Beşiktaş bələdiyyəsinin sədri Rza Akpolat da var. Onun villasında saxlanıldığı bildirilir.