Braziliya həbsxanasında dəhşət: öldürülən 57 məhbusun başlarını kəsib futbol oynadılarbackend

Braziliya həbsxanasında dəhşət: öldürülən 57 məhbusun başlarını kəsib futbol oynadılar

Braziliyanın şimalında həbsxanada qiyam baş verib.

Musavat.com xəbər verir ki, qiyam zamanı 57 məhbus öldürülüb.

Braziliyanın Altamir bələdiyyə həbsxanasında iki kriminal qruplaşma baş verən qiyamla bağlı dəhşətli görüntülər yayılıb. Öldürülən 57 nəfərdən 16-nın başı kəsilib.

Görüntülərdə kriminal qruplaşmanın üzvlərinin kəsilən başlarla futbol oynadığı üzə çıxıb. Məhkumlar qiyam zamanı iki həbsxana nəzarətçisini də girov götürmüşdü.

Qeyd edək ki, may ayında da Braziliyanın Amanos əyalətində 4 fərqli həbsxanada çıxan qiyam zamanı 50 məhkum həyatını itirmişdi. Braziliya həbsxanaları məhkum sayına görə 700 min nəfər ilə dünyada üçüncü yerdədir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*