Braziliyada supermarket səhvən alıcılara yuyucu toz yerinə kokain satıbbackend

Braziliyada supermarket səhvən alıcılara yuyucu toz yerinə kokain satıb

Braziliya supermarketi səhvən alıcılara yuyucu toz yerinə kokain satıb

Braziliyada ancaq filmlərdə görünən hadisə baş verib.

San-Paulu şəhərinin polisi şəhərdəki supermarketlərdən birindən 80 kq kokain aşkar edərək götürüb.

Konkret.az xarici agentliklərə istinadən xəbər verir ki, bu marketin səhvən müştərilərinə yuyucu toz yerinə “başqa toz” verməsi aşkar ediləndən sonra ortaya çıxıb.

Kokainlər yuyucu toz firmasının qabında gizlədilibmiş.

Yerli “G1” saytının verdiyi məlumata görə, müştərilərdən biri narkotik paketləri aşkar edən kimi dərhal mağazaya gedib və orada təşəkkür eşitmək əvəzinə hədə-qorxu ilə qarşılaşıb. Digəri isə birbaşa polis idarəsinə üz tutaraq hadisə barədə danışıb.

Supermarketə gələn hüquq mühafizəçiləri bir neçə şəxsin malları pikapdan yüklədiyinin şahidi olublar. Keçirilən əməliyyat nəticəsində markeitn sahibi və 4 əməkdaşı həbs olunub. Polis 30-40 yuyucu toz qutusu içində presslənmiş toz materialı aşkar edib. Həmin materiallardan isə 200 kiloqram kokain almaq mümkünmüş.

San-Paulu polisinin nümayəndəsi supermarketin əslində narkotiklərdən gələn qara pulların yuyulması üçün istifadə edildiyini təsdiqləyib.

Xatırladaq ki, bu yaxınlarda Sevilyada Braziliyanın hərbi-hava qüvvələrinin bir çavuşu prezident Jair Balsonarunun təyyarəsində 39 kiloqram kokain keçirmək istəyərkən yaxalanmışdı.

Nəticədə Yaponiyanın Osaka şəhərində keçirilən G20 ölkələrinn sammitindən geri dönən Balsonaru başqa təyyarədə vətəninə uçmalı olmuşdu.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*