Britaniya 1000 gün ərzində müharibəyə hazır olmalıdırbackend

Britaniya 1000 gün ərzində müharibəyə hazır olmalıdır

Böyük Britaniya mümkün müharibəyə hazırlaşmaq üçün qarşıdakı 1000 gündən bir qədər çox vaxtının qaldığını bəyan edib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ues Stritinqin “The Daily Telegraph” qəzetində dərc olunan məqaləsində qeyd edilib.

Nazirin sözlərinə görə, 2030-cu ilə qədər rəqiblərin hərbi gücü və müharibə iqtisadiyyatı Britaniyaya hücum etmək üçün əlverişli imkan yarada bilər.

“Rəqiblərimizin bizə zərər vurmaq istəyi yeni deyil. Dəyişən onların imkanlarıdır”, – deyə Stritinq bildirib.

O vurğulayıb ki, Britaniya müttəfiqləri ilə birlikdə mümkün müharibədə döyüşməyə və qalib gəlməyə hazır olmalıdır. Bunun üçün ölkənin müdafiə imkanları genişləndirilməli, hərbi sənaye bazası gücləndirilməli və silah istehsalı sürətləndirilməlidir.

Müdafiə naziri NATO və ABŞ ilə əməkdaşlığın əhəmiyyətini də xüsusi qeyd edib. Onun fikrincə, Britaniya həm hərbi innovasiya, həm də istehsal sahəsində rəqiblərini qabaqlamalıdır.

Stritinq konkret olaraq hansı ölkənin hücum ehtimalından danışdığını açıqlamayıb.

Qeyd edək ki, Britaniya hökuməti vətəndaşları da mümkün fövqəladə vəziyyətlərə hazır olmağa çağırıb. Əhaliyə elektrik və su təchizatında fasilələr, kiberhücumlar və digər böhranlar zamanı ən azı üç gün kifayət edəcək ərzaq, içməli su və zəruri ləvazimat ehtiyatı saxlamaq tövsiyə olunur.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*