Britaniyanın tənəzzül əlamətləri açıqlandı – Dmitriyevdən diqqətçəkən açıqlama backend

Britaniyanın tənəzzül əlamətləri açıqlandı – Dmitriyevdən diqqətçəkən açıqlama 

Rusiyalı rəsmi Böyük Britaniyada miqrasiya axınının artmasını və adambaşına elektrik enerjisi istehsalının azalmasını ölkənin tənəzzül göstəriciləri kimi qiymətləndirib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev “X” sosial şəbəkəsində paylaşım edib.

Dmitriyevin sözlərinə görə, Böyük Britaniyanın vəziyyətini daha yaxşı anlamaq üçün miqrasiya axınlarının sürətlə artmasını da nəzərə almaq lazımdır. O, miqrantların sayının artması ilə elektrik enerjisi istehsalının azalmasını ölkənin tənəzzül əlamətləri kimi təqdim edib.

TASS-ın məlumatına görə, Dmitriyevin şərhi Böyük Britaniyada adambaşına elektrik enerjisi istehsalına dair qrafiklə bağlı paylaşıma cavab olaraq verilib.

Həmin qrafikdə göstərilir ki, ölkədə adambaşına elektrik enerjisi istehsalı 2003-cü ildəki təxminən 6,7 min kilovat-saatdan 2025-ci ildə 4,2 min kilovat-saata qədər azalıb.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*