Britaniyanın yeni baş naziri o olacaqbackend

Britaniyanın yeni baş naziri o olacaq

Böyük Britaniyada Endi Börnhem Leyboristlər Partiyasının lideri seçilib və onun namizədliyi baş nazir postuna irəli sürüləcək.

KONKRET.az report-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri Şabana Mahmud bildirib.

“Bir namizəd 379 səs alıb. Leyboristlər Partiyasının parlament fraksiyası üzvlərinin 20 %-lik həddinə çataraq, o, növbəti mərhələyə keçmək hüququ qazanıb. Tələblərə cavab verən başqa namizəd olmadığı üçün Leyboristlər Partiyasının seçilmiş liderinin Endi Börnhem olduğunu elan etməkdən şərəf duyuram”, – o deyib.

Ş.Mahmud əlavə edib ki, partiyanın tərkibinə daxil olan həmkarlar ittifaqları və sosialist birlikləri arasında tələblərə cavab verən yeganə namizəd ümumilikdə 23 səs alıb. Bura bütün 11 həmkarlar ittifaqından olan səs daxildir ki, bu da həmin təşkilatların üzvlərinin 5%-dən çoxunu təşkil edir.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Kir Starmer bu il iyunun 22-də istefa verdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*