Belçika hakimiyyəti Avropa Parlamentini sarsıdan Qatargate korrupsiya qalmaqalı ilə bağlı daha üç nəfəri ittiham edib.
KONKRET.az xəbər verir ki, adları açıqlanmayan üç şəxsə qarşı 2024-cü ilin sonunda ittiham irəli sürülüb. Brüsseldə iş üzrə qapalı keçirilən dinləmə zamanı ittiham aktları rəsmən elan edilib.Qatargate qalmaqalı 2022-ci ilin dekabrında polis reydləri zamanı Yunanıstan parlamentinin deputatı Eva Kiley və keçmiş italiyalı deputat Pier Antonio Panzerinin evlərində 1,5 milyon avro nağd pulun aşkarlanması ilə başlayıb. Üç yeni ittiham parlamentdəki Sosialistlər və Demokratlar qrupunda işləmiş və ya Panzeri və onun köməkçisi Françesko Giorgi çevrəsində olan keçmiş köməkçilərə aiddir. Le Soirin məlumatına görə, bu üç şəxs Qətər tərəfindən ödənilən dəvətlərdən, o cümlədən 2022-ci il dünya çempionatına dəvət almaqda və nağd ödənişlər qəbul etməkdə şübhəli bilinir. Məlumata görə, hazırda bu iş üzrə müttəhimlərin sayı 15 nəfərə çatıb.
Vəli Həsənoğlu,
KONKRET.az