Cəlilabad rayonunda asfalt örtüyü olmayan, həmçinin uzun müddət əsaslı şəkildə təmir olunmayan küçələrdə asfaltlanma işləri aparılır.
KONKRET.az “Report”a istinadən xəbər verir ki, ilin sonunadək Cəlilabad şəhəri üzrə 19, Göytəpə şəhəri üzrə 6 küçənin asfaltlanması üçün müvafiq layihə-smeta sənədləri hazırlanıb.
Qeyd edək ki, hazırda şəhid Məhərrəm Hüseynov, şəhid Əliyev Camal, şəhid Vüqar Mürsəlov, Kərim Kərimov, Səməd Vurğun, Əlixan Rəhimov, Vüqar Niftullayev, Nazim Hikmət, Məlik Quliyev və Dədə Qorqud küçələrində asfalt örtüyünün salınması üçün hazırlıq işlərinə başlanılıb.