Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq. Tacikistanın “Somon Eyr” aviaşirkətinə məxsus “Boinq 737-8GJ” təyyarəsi ötən gün Düşənbədən Bakıya gəlib.
KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, bunu “Flightradar24” saytının məlumatları göstərir.
“Tacikistan prezidenti, eləcə də bir sıra ölkələrin liderləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün ötən gün Bakıya səfər ediblər. Lakin “Boinq 737-8GJ” təyyarəsi Tacikistan prezidentinə xidmət göstərmir.
Ermənistan da eyni şəkildə rəsmi nümayəndə heyətlərini gözləyir, orada COP17 çərçivəsində liderlərin sammiti keçiriləcək”, – deyə KİV yazıb.
