“Rusiya prezidenti Vladimir Putinlə şəxsi görüş baş tutmadan Ukrayna münaqişəsinin həllində irəliləyiş mümkün deyil”.
KONKRET.az xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp bildirib.
“Putinlə mən görüşənə qədər heç nə baş verməyəcək. Aydındır ki, o, Türkiyəyə getməli idi və mənim orada olacağımı düşünürdü. Amma mən orada olmasam, Putin də getməyəcək”, – Tramp deyib.
Türkiyədə keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin iştirakı ilə bağlı suala cavab verən prezident bildirib:
“Mən heç nədən məyus deyiləm. Münaqişə tezliklə həll olunmalıdır. Həddindən artıq çox insan ölür”, – ABŞ lideri vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az