ABŞ-da 2000-dən çox həbsxana işçisinin əmək fəaliyyətinə xitam verildiyi üçün bəzi məhbuslar erkən azad ediləcək.
KONKRET.az xəbər verir ki, Cəzaların İcrası və İcma Nəzarət Müəssisə direktoru Daniel Martuscello həbsxana müdirlərinə kiçik cinayətlərə görə mühakimə olunan və 15-110 gün arası həbs cəzası alan məhbusların vaxtından əvvəl azadlığa buraxılması üzərində işə başlamağı tapşırıb.
Martuscello siyahıda cinsi, zorakı cinayətlər və ya qətl, terror törədənlərin olmayacağını bildirib.
Aynurə İsmayıl