ABŞ prezidenti Donald Tramp ölkəsinin Qəzza zolağını “ələ keçirməli” olduğunu deyib və bu planın “hər kəs tərəfindən sevildiyini” iddia edib.
KONKRET.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Bildirilib ki, beynəlxalq ictimaiyyət, xüsusilə də Böyük Britaniya, Almaniya, Çin, İran, Türkiyə və Səudiyyə Ərəbistanı, Trampın bu bəyanatına sərt reaksiya verib.
İnsan haqları təşkilatları Trampın bu fikrini “etnik təmizləmə” cəhdi kimi qiymətləndirib.
ABŞ-ın müttəfiqləri isə Qəzzanın gələcəyi ilə bağlı qərarların beynəlxalq hüquq çərçivəsində, fələstinlilərin fikri nəzərə alınmaqla verilməli olduğunu deyiblər.
Bütün bunlara baxmayaraq, prezident hamının bu planı dəstəklədiyini açıqlayıb və qlobal tənqidləri qəbul etməyib.
Aysu İbrahimova
KONKRET.az