Bu gün Azərbaycan derbisi olacaqbackend

Bu gün Azərbaycan derbisi olacaq

Misli Premyer Liqasında 29-cu tur davam edir

KONKRET.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.

Əvvəlcə “Şamaxı” öz meydanında “Kəpəz”lə qarşılaşacaq. Bu komandaların ilk dövrədəki oyununda “Kəpəz” (4:1), 2-ci dövrənin matçında isə “Şamaxı” (2:0) qalib gəlib.

Günün ikinci matçında isə “Neftçi” əzəli rəqibi “Qarabağ”ı qəbul edəcək. Maraqla gözlənilən Azərbaycan derbisi saat 19:00-da başlayacaq. Komandaların ilk dövrədəki oyununda “Qarabağ” 2:0 hesablı qələbə qazanıb. İkinci dövrənin matçı isə təxirə salınıb və aprelin 30-da keçiriləcək.

Bugünkü görüş “Qarabağ” üçün 2-ci pillədəki mövqeyini möhkəmləndirmək, “Neftçi” üçün isə “Zirə”ni qabaqlayaraq 4-cü yerə yüksəlmək baxımından əhəmiyyətlidir.

26 aprel (bazar)

Misli Premyer Liqası, 29-cu tur

16:00 “Şamaxı” – “Kəpəz”
Baş hakim: Rəşad Əhmədov
Şamaxı şəhər stadionu

19:00 “Neftçi” – “Qarabağ”
Baş hakim: Tural Qurbanov
“Palms Sports Arena”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*