Bu gün Azərbaycanda qısaldılmış iş günüdür.
KONKRET.az xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş günlərinin müddəti bir saat qısaldılır.
Beləliklə, 6 və 7 iyun tarixləri Qurban bayramı olduğundan, 5 iyun bayramqabağı gün hesab edilir və bu səbəbdən həmin gün iş saatı bir saat az olacaq.
İyunun 9-u da qeyri-iş günüdür.