Gürcüstan hakim partiyası “Gürcü Arzusu” Avropa İttifaqı ilə vizasız rejimin ləğvi ehtimalı ilə bağlı yayılan fikirlərə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, partiyanın İcraçı katibi Mamuka Mdinaradze bu barədə keçirdiyi brifinqdə danışıb.
Mdinaradze deyib ki, Gürcüstanın vizasız rejimi pozmaq üçün heç bir əsas yoxdur və bu mövzu ilə ölkəyə təzyiq göstərilməsinə cəhd edilir:
“Gürcüstanla bağlı vizasız rejimin ləğvi məsələsi bir növ şantaj alətinə çevrilib. Bu addımlar tamamilə əsassızdır və biz bunun siyasi təzyiq olduğunu görürük”, – deyə o, bildirib.
Qeyd edək ki, Avropa Parlamentində və bəzi Qərb dairələrində Gürcüstandakı “xarici agentlər haqqında” qanunun qəbulundan sonra vizasız rejimə yenidən baxılacağı barədə çağırışlar səsləndirilir. Avropa İttifaqı rəsmiləri isə məsələ ilə bağlı hələ rəsmi qərar verməyib.
Aynurə İsmayıl
KONKRET.az