Bu idmançı İrlandiyanın prezidenti olmağa hazır olduğunu açıqlayıbbackend

Bu idmançı İrlandiyanın prezidenti olmağa hazır olduğunu açıqlayıb

Keçmiş UFC çempionu Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu rəsmən açıqlayıb.

KONKRET.az Minval-a istinadən xəbər verir ki, idmançı sosial media hesablarında yerləşdirdiyi müraciətdə ölkə vətəndaşlarını onun namizədliyini dəstəkləməyə çağırıb.

Makqreqor deyib ki, “İrlandiya vətəndaşları, artıq dəyişiklik vaxtıdır! Prezident kimi mən heç bir qanunu xalq tərəfindən təsdiqlənməyincə imzalamayacağam”.

O, həmçinin yerli məclis üzvlərindən onun namizədliyini irəli sürmələrini xahiş edib və söz verib ki, qalib gəlsələr, vətəndaşları dinləyəcək.

Xatırladaq ki, İrlandiyada prezident seçkiləri oktyabrın 24-də keçiriləcək.

Dəniz Pənahova 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*