Bu ilin ilk 6 ayında Azərbaycana nə qədər əcnəbi gəlib?backend

Bu ilin ilk 6 ayında Azərbaycana nə qədər əcnəbi gəlib?

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 191 ölkəsindən 1342,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, gələnlərin 28,3%-ni Rusiya Federasiyası, 20%-ni Türkiyə, 7,9%-ni İran, 4,7%-ni Gürcüstan, 4,6%-ni Qazaxıstan, hər birindən 3,2% olmaqla Özbəkistan və Pakistan, 3,1%-ni İsrail, 2,6%-ni Hindistan, 2,5%-ni Çin, 2,3%-ni Səudiyyə Ərəbistanı, 1,6%-ni Ukrayna, 1,3%-ni Türkmənistan, 1,1%-ni Almaniya, 1%-ni Böyük Britaniya və 12,6%-ni digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər təşkil edib.

Gələnlərin 67,4%-ni kişilər, 32,6%-ni isə qadınlar təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*