“Bu insanlar bədbəxtdirlər, birdən-birə pul gördükləri üçün…” – Qalmaqallı sözlərbackend

“Bu insanlar bədbəxtdirlər, birdən-birə pul gördükləri üçün...” - Qalmaqallı sözlər

Heç kimə sirr deyil ki, bu gün Azərbaycan səhnəsində olan tanınmışların bir çoxu yüksək məbləğə toylarda aparıcılıq edir. Kimi müğənni, kimi tamada, kimi isə sadəcə aparıcı kimi. Televiziya aparıcılarının toy qiymətləri isə kifayət qədər yüksəkdir, onlar arasında məclislərə 20-25 min manata gedənlər də var. 

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış yazıçı-jurnalist Anar Vəziroğlu bildirib ki, bunun günahı məhz cəmiyyətdədir:

“Aparıcılara tələbat var ki, cəmiyyət onları toy məclislərinə dəvət edir. Məsələn, camaat toyunda Zaurla Günayı, Elgizi, Zaur Kamalı görmək istəyir ki, çağırır. Elə buna görə də onlar çıxıb rahat şəkildə deyirlər ki, mən filan qiymətə toylara gedirəm. Amma sabah bu toy sahiblərinə desən ki, bir adam var, ona yardım etmək lazımdır, bu zaman onlar hamısı “ağlayacaqlar”, deyəcəklər ki, pulumuz yoxdur.

Əvvəl mən də inanmırdım ki, insanlar bu qədər pul verib kimlərisə toyuna çağırar, amma çağırırlar. Xalqımızın içində bu cür bədbəxtlər var. Bu insanlar bədbəxtdirlər. Birdən-birə pul görən adamlar bilmirlər hara xərcləsinlər. Söhbət bax budur. Normal insanlar bilir ki, məclis bahalı müğənnilərsiz, aparıcılarsız da gözəl keçə bilər. Bəzi insanlar toyu təkcə uşaqlarını xoş günü məqsədilə yox, həm də  həndəvərinə özünü göstərmək üçün edir. Bu cür adamlar minlərlə manat pul xərcləyib məşhurları məclisə dəvət edirlər. Belə insanların çoxunun qızı bir müddət sonra boşanır, oğlanları qaçır. Bəzən evliliklər 1 il, 6 ay çəkir, sonra cütlüklər boşanırlar. Boşanandan sonra məclisə gələn bütün qonaqlar da, aparıcılar da, müğənnilərdən də yaddan çıxır. Ölkəmizdə həddindən çox qudurmuş insanlar var”.

A.Vəziroğlu qeyd edib ki, bəzi şəxslər məclislərinə lazımsız yerə minlərlə manat pul xərcləyir və israfçılıq edirlər:

“Bir müddət əvvəl mənimlə yaşıd olan bir yaxınım məni 60 illik yubileyinə dəvət etmişdi. Getdim gördüm ki, respublikadan elə adam yoxdur ki, məclisdə olmasın. Fəxrlə deyir ki, məclisimə 140 min manat pul xərcləmişəm. Evin yıxılsın, 140 mini bura niyə vermisən? Bu, qudurmuşluqdur, bunun başqa adı yoxdur!

Bəzi məşhurlar da deyir ki, mən 20 minə, 25 minə məclislərə gedirəm. Çünki bilir ki, düşük insanlar çoxdur və ona o qədər pulu verib dəvət edəcəklər. Hırıldaya-hırıldaya deyir ki, mən günə 5 min manat xərcləyirəm. Bir insanın gündəlik xərci 5 min manat ola bilərmi? Bu harınlamaqdır. Belə insanların olduğu yerdə aparıcıların da toylara 15-20 min manata getməsinə inanmaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*