Çinin “BYD” avtomobili alman nəhəngini dizə gətirdi: 100 min nəfər…backend

Çinin "BYD" avtomobili alman nəhəngini dizə gətirdi: 100 min nəfər...

“Volkswagen” qarşıdakı illərdə qlobal işçi qüvvəsinin təxminən 15 faizini ixtisar etməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” qarşıdakı bir neçə il ərzində dünya üzrə 100 minə qədər əməkdaşını işdən çıxarmağı planlaşdırır.

Məlumata görə, bu rəqəm şirkətin qlobal işçi qüvvəsinin təxminən 15 faizini təşkil edir.

Bildirilir ki, “Volkswagen” digər Avropa avtomobil istehsalçıları kimi ABŞ-yə ixrac olunan məhsullara tətbiq edilən yeni gömrük rüsumlarının təsiri və Çin istehsalı olan elektrik avtomobillərinin, xüsusilə də BYD-nin artan rəqabəti ilə mübarizədə çətinlik çəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*