Bu ixtisaslarda qəbul balları ARTACAQbackend

Bu ixtisaslarda qəbul balları ARTACAQ

Ali məktəblərə qəbul imtahanlarında keçid ballarındakı dəyişikliklər ola bilər.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, müəyyən ixtisaslarda qəbul balları artacağı gözlənilir.

Təhsil eksperti Elçin Əfəndinin açıqlamasına görə, bu il Ali məktəblərə qəbul olmaq istəyənlərin sayı çox olduğuna görə rəqabət daha da güclənəcək.

Ekspert qeyd edib ki, artım gözlənilən ixtisalar bunlardır:

“1-ci ixtisas qrupunda informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, yeni yaradılmış proqram təminatı mühəndisliyi, o cümlədən süni intellekt istiqaməti üzrə ixtisaslar. Həmçinin 2-ci ixtisas qrupunda maliyyə, Beynəlxalq ticarət və Logistika iqtisadiyyat ixtisasları, 3-cü ixtisas qrupunda hüquqşünaslıq, Dövlət və ictimai münasibətlər, erməni, ispan, Koreya, Çin, yapon dili tərcümələri, pararlel olaraq ingilis dili tədrisi ilə xarici dil müəllimliyi.

Bundan əlavə, ingiliscə tədris olunan stomatologiya, biotexnologiya, psixologiya ixtisaslarında da artım gözləyirik.

5-ci ixtisas qrupunda isə dizayn, təsviri incəsənət, fiziki tərbiyə müəllimliyi – bunlarda azı 3-5 bal, hətta daha çox artım ol bilər.

Bundan başqa, regionşünaslıq, həmçinin rus dili üzrə tərcümə, aqrar yönümlü ixtisaslar, biznesin idarə edilməsi, turizm üzrə ixtisaslar, muzeylə bağlı, din və İslamşünaslıq, bağçılıq-tərəvəzçilik, baytarlıq və ekologiya üzrə qəbul ballarında azalma müşahidə olunacaq.

Həmçinin 4-cü ixtisas qrupunda da azalma ola bilər. Buna səbəb isə Qarabağ Universitetinin plan yerlərinin açılmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*