Bu küçədəki xətlənmə çaşqınlıq yaratdı – VİDEObackend

Bu küçədəki xətlənmə çaşqınlıq yaratdı – VİDEO

Paytaxtın Nəsimi rayonu ərazisində – Rəşid Behbudov küçəsində aparılmış yeni xətlənmə sürücülərdə çaşqınlıq yaradıb.

KONKRET.az xəbər verir ki, küçənin Mərkəzi Bankın qarşısından keçən hissəsindən video paylaşan taksi sürücüləri buradakı qoşa xəttin onların hərəkətinə maneə olduğunu bildiriblər.

Belə ki, küçədə yeni çəkilmiş velosiped zolağı ilə taksi dayanacağı ərazisini ayıran yerdə dönmə üçün uyğun şərait yoxdur. Taksi sürücüləri bu halın onların cərimələnməsinə səbəb ola biləcəyini və normal fəaliyyətlərinə maneə yaradacağını deyiblər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ərazidə işlər hələ yekunlaşmayıb və layihə çərçivəsində zəruri yol nişanları quraşdırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*