Ötən həftəsonu Fransada iğtişaşlara çevrilən etiraz aksiyaları ölkə Prezidenti Emmanuel Makronun Avropa Şurasındakı mövqeyini zəiflədib.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə “Politiko” mənbələrə istinadla məlumat yayıb.
“Bu (iğtişaşlar), onun fəaliyyət imkanlarını məhdudlaşdırır”, – mənbə bildirib.
Qeyd edək ki, oktyabrın 17-də Parisdə və Fransanın bütün ərazisində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına görə kütləvi etiraz aksiyaları keçirilib.
