Bu maye qazdoldurma məntəqəsi yenidən bağlandı – Videobackend

Bu maye qazdoldurma məntəqəsi yenidən bağlandı - Video

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları tərəfindən Şəmkir rayonu, “Ağ dağlar” yolunun yaxınlığında fəaliyyət göstərən fərdi sahibkar Nəriman Əliyevə məxsus maye qazdoldurma məntəqəsində təkrar yoxlama aparılıb.

Bu barədə KONKRET.az-a FHN-dən məlumat verilib.

Yoxlama zamanı müəyyən olunub ki, Agentliyin müfəttişləri tərəfindən bir müddət əvvəl istismarı dayandırılmış 2 ədəd təzyiq altında işləyən tutumla bağlı pozuntular aradan qaldırılmayıb və qanunsuz şəkildə istismarı bərpa edilib.

Belə ki, tutumların bundan əvvəl aşkar olunmuş istismar müddətinin bitməsi, tam texniki müayinələrinin aparılmaması, həmçinin nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmaması kimi pozuntular bir daha müəyyən olunub.

Aşkarlanmış pozuntuların insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratdığı nəzərə alınaraq, 2 ədəd təzyiq altında işləyən tutumun istismarı yenidən dayandırılıb. Həmçinin, pozuntuların aradan qaldırılması üçün tərtib edilmiş aktın və Agentliyin müvafiq qərarının surəti sahibkara təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*