Bu mesajlar məhdudlaşdırılacaq – “WhatsApp”dan yenilikbackend

Bu mesajlar məhdudlaşdırılacaq - “WhatsApp”dan yenilik

“WhatsApp” yaxın vaxtlarda istifadəçilərin yeni söhbətlərdə göndərə biləcəyi mesajların sayını məhdudlaşdıracaq. Yeni funksiyanın əsas məqsədi platformada spam və tez-tez göndərilən yayım mesajlarının qarşısını almaqdır.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bu məhdudiyyət istifadəçilərin cavab vermədiyi yeni çatlarda tətbiq olunacaq.

Funksiya həm fərdi şəxslərə, həm də biznes hesablarına şamil ediləcək.

Yeni sistem sayəsində istifadəçilər və ya şirkətlər ay ərzində müəyyən sayda mesaj göndərə biləcək və bu limitə yaxınlaşdıqda onlar xəbərdarlıq alacaqlar.

Yeni funksiyanın istifadəyə verilmə tarixi hələlik açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*