Sabit genişzolaqlı internet xidmətlərindən istifadə edən vətəndaşları istifadə etdikləri “Wi-Fi” cihazlarını seçərkən diqqətli olmağa çağırır.
KONKRET.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu “İnternet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsi mövzusunda keçirilən təlimdə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin əməkdaşı Rəşad Həsənov deyib.
“Biz 5 Ghz modemlərin istifadəsini təşviq edirik. 2,4 Ghz modemlərdən imtina edilməsinə çalışırıq. Belə ki, 2.4 Ghz nəzəri olaraq 60 Mbit/s sürət ala bilir. Faktiki olaraq isə 50 Mbit/s-dən aşağı olur” – deyə o əlavə edib.