Pakistanın Bəlucistan əyalətində gömrük postuna silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin və gömrük xidmətinin 6 əməkdaşı həlak olub.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan dövləti məlumat yayıb.
Məlumata görə, Nokçe və Ziarat-Kross rayonlarında keçirilən əməliyyatlar zamanı “Fitna əl-Hindustan” və “Fitna əl-Xəvaric” qruplaşmaları ilə əlaqəli 21 silahlı öldürülüb.
Onlardan 10-u gömrük postuna daxil olmağa cəhd edərkən, daha 11-i isə Kveta–Taftan istiqamətində N-40 avtomobil yolunda qanunsuz nəzarət-buraxılış məntəqəsi yaratmağa çalışarkən zərərsizləşdirilib.
Bildirilib ki, ətraf ərazilərdə əməliyyatlar davam etdirilir. Təhlükəsizlik qüvvələri bölgədə qalan silahlı şəxslərin zərərsizləşdirilməsini, həmçinin yerli əhalinin və əsas avtomobil yollarının təhlükəsizliyinin təmin olunmasını hədəfləyir.
