Alyaskada on sərnişin və bir pilotu daşıyan təyyarə yoxa çıxıb.
KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi yazıb.
“Hazırda yoxa çıxan “Bering Air” şirkətinə məxsus təyyarə ilə bağlı xəbərə cavab veririk. Göyərtəsində on sərnişin olan “Cessna Caravan” təyyarəsi Unalaklitadan Noma uçurdu”. Nom Könüllü Yanğın Departamenti sosial mediada belə yazıb.
Xatırladaq ki, bu şəhər Alyaskanın qərbində Syuard yarımadasının cənub sahilində yerləşir.
Hazırda yerdə təyyarənin axtarışlarına başlanılıb. Havadan axtarış imkanları isə dumana görə məhdudlaşıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az